Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-dan “Huawei”ə casusluq ittihamı

ABŞ hökuməti Çinin “Huawei” şirkətini Çin hakimiyyət orqanlarına işləməkdə ittiham edir.

 

İKT.lent.az-ın “The İnformation”a istinadən verdiyi xəbərə görə, artıq ABŞ-dakı yerli mobil operatorlara “Huawei” smartfonlarının yeni modellərinin satışına başlamamaq tövsiyə olunub.  

 

Çin şirkəti Las Veqasda keçirilən CES sərgisində ABŞ-ın nəhəng mobil operatoru AT&T ilə əməkdaşlığa başlayacağını elan etməyə hazırlaşırdı. Lakin sövdələşmə baş tutmayıb, çünki hökumətin tövsiyəsi ilə AT&T bu anlaşmadan vaz keçib.

 

ABŞ-ın rabitə üzrə Federal Komissiyası hesab edir ki, “Huawei” Çin hökuməti ilə sıx əməkdaşlıq edir və amerikalı istifadəçilərin fəaliyyətini izləyə  və onların məlumatlarını Çin kəşfiyyatına ötürə bilər.  

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018