Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər “WhatsApp”dakı nasazlıqlardan qruplara daxil olur

Almaniyalı mütəxəssislər “WhatsApp”da nasazlıq aşkar ediblər. 

İKT.lent.az-ın Anti-malware.ru saytına istinadən məlumatına görə, bu nasazlıq vasitəsilə hakerlər qrup çatlarına daxil ola bilirlər. Bu mövzuda hesabatla onlar Sürixdə keçirilən “World Crytpo” konfransında çıxış ediblər.

Bundan başqa, məlum olub ki, cüzi çatışmazlıqlar “Threema” və “Signal” kimi digər mobil əlavələrin proqram kodunda da müəyyən edilib. Kriptoloqlar populyar “WhatsApp” messencerinin təhlükəsizlik sistemində külli miqdarda “çuxur” aşkar edilib ki, onların vasitəsilə hakerlər moderatorun təsdiqi olmadan qruplara daxil ola bilirlər. 

Bundan başqa, daha təcrübəli fırıldaqçılar çat istifadəçiləri arasında şəxsi məlumatlara çıxışları əldə edə bilirlər. Problem isə ondan ibarətdir ki, qrupa yeni üzvü server və moderator arasında əlaqə olmadan da daxil etmək mümkündür. 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018