Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” KİV-in paylaşımlarını az göstərəcək - ALQORİTM DƏYİŞİR

“Facebook” sosial şəbəkəsində tezliklə xəbər lentini tərtib edən alqoritm dəyişəcək.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu “Facebook”un yaradıcısı Mark Zukerberq öz səhifəsində yazıb. “Biz “Facebook” ictimaiyyətindən şikayətlər alırıq ki, şirkətlərin, brendlərin, media orqanlarının paylaşımları bizi bir-birimizə yaxınlaşdıran şəxsi paylaşımları sıxışdırır”, - deyə o, söyləyib.  

 

M. Zukerberq aparılan araşdırmaya əsasən bildirib ki, yaxınları ilə sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlayan insanlar özünü yaxşı hiss edir: “Dəyişikliklər tətbiq olunduqdan sonra siz şirkətlərin, brendlərin, KİV-in kontentlərini daha az görəcəksiniz. Həmin kontentlər standartlaşdırılacaq və bu, insanların məzmunlu qarşılıqlı ünsiyyətini asanlaşdıracaq”.

 

“Teh Financial Times” yazıb ki, alqoritm dəyişikliyi gələn həftədən başlayacaq. Xüsusən aşağı səviyyəli medianın klik xətrinə qoyduğu “qışqıran” başlıqlar xəbər lentində daha az görünəcək. Dostların və istifadəçilərin ailə üzvlərinin paylaşımları isə daha çox görünəcək. Gələcəkdə KİV-in və şirkətlərin paylaşımları üçün sosial şəbəkədə ayrıca bölmə yaradılacaq.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018