Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Onlayn siğə" yaradıldı

Şəbəkədə seksi qanuniləşdirməyə imkan verən yeni əlavə yaradılıb. 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, xidmətin adı “LegalFling” adlanır.

“LegalFling” istifadəçiyə seksdən öncə bu əlaqənin qarşılıqlı razılıqla baş verdiyini bildirən sorğu göndərməyi təklif edir. Bundan başqa, bu əlavə cinsi əlaqə haqqında razılığın rəsmiləşdirilməsinə kömək edir. Bir tərəf digər tərəfi təcavüz barədə günahlandırdığı halda, bu sənəd vasitəsilə məhkəmədə günahsız olduğunu sübut etmək mümkün olacaq. 

“LegalFling”də “Razılaşmaq” düyməsi istifadəçini hüquqi olaraq qaydalarda göstərilənləri riayət etməyə vadar edir. Onların arasında çəkiliş aparılmasına, dərman və həblərdən istifadəyə, cinsi əlaqə zamanı nalayiq söyüşlərin söyülməsinə icazə verən, xəstəliklərin olmaması və seks zamanı ağrıverici üsullardan istifadə edilməsinə razılıq da mövcuddur. 

Tərtibatçılar bildirirlər ki, “LegalFling” xidməti blokçeyn üzərində qurulub. Bunun üçün də bütün əməllər bir dəfə edilir və sonradan düzəliş edilə bilməz.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018