Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberq bir gündə 2,9 milyard dollar itirdi - SƏBƏB

“Facebook” xəbər lentində dəyişikliklərin edilməsi ilə bağlı səsləndirilən bəyanat sosial şəbəkənin qurucusu Mark Zukerberqə 2,9 milyard dollara başa gəlib. 

İKT.lent.az-ın “Bloomberg” agentliyinə istinadən xəbərinə görə, cümə günü Zukerberq “Facebook”un xəbər lentinə dəyişikliklər etmək planlarını açıqladıqdan sonra şirkətin səhmləri 3,9 faiz düşüb. 

“Bloomberg Billionaires Index”in məlumatına əsasən, nəticədə Zukerberqin varidatı 77,3 milyard dollardan 74,4 milyard dollara qədər azalıb.  

Səhmlərin düşməsi tendensiyası ticarət sessiyasının sonuna qədər saxlanılsa, o zaman Mark Zukerberq “Bloomberg”in versiyasına əsasən tərtib edilmiş dünyanın ən varlı adamları siyahısındakı dördüncü yeri itirəcək və öz yerini “Zara” şirkətinin sahibi Amansio Ortegaya vermiş olacaq. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018