Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada ən populyar messencer hansıdır? - SORĞU

“MomriInstitute” müasir media institutunun mütəxəssisləri Rusiyada messencer istifadəçilərinin sayını bilmək üçün sosial sorğu keçiriblər. 


İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, sorğuda qələbəni 59 faiz istifadəçiyə malik “WhatsApp” messenceri qazanıb.

 

İkinci yeri 36 faiz istifadəçi ilə “Viber”, üçüncü yeri isə 32 faiz istifadəçi göstərici ilə “VKontakte” tutub. 

Həmçinin rusiyalılar üstünlüyü “Facebook” və “Telegram” messencerlərinə verirlər.

İstifadəçilərin fikirlərini öyrənmək üçün “MomriInstitute” mütəxəssisləri iki layihə üzrə araşdırma aparıblar. Onlar bu zaman paytaxtı və ümumilikdə bütün ölkənin göstəricilərini nəzərə alıblar. 

Bu göstəricilər cüzi olaraq fərqlənir. Ancaq qalib və ilk üç mövqe dəyişməz qalır.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018