Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çinin ən populyar smartfonu məlum oldu

“Counterpoint” şirkətinin analitikləri ötən ilin nəticələrinə əsasən Çinin smartfon bazarını qiymətləndiriblər.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, onlar smartfonları istehsalçıların nöqteyi-nəzərindən deyil, konkret modellər baxımından dəyərləndiriblər. 
 
Məlum olub ki, ötən il Çində ən çox satılan smartfon “Oppo R9s” olub. Onun ümumi smartfon satışlarında payı 3 faiz təşkil edib. İkinci yerdə “iPhone 7 Plus” qərarlaşıb. Onun ümumi smartfon satışlarında payı 2,8 faiz olub. İlk liderlərin üçlüyünü isə bütün satışların 2,7 faiz payına malik olan “Vivo X9” qapayır.
 
Qeyd edək ki, bütün bu modellər 2016-cı ilin modelləridir. İkincisi isə, “Vivo” və “Oppo” cihazları, demək olar, əkizdirlər. 
 
Sonrakı yerləri siyahıda “Oppo A57”, “iPhone 7”, “Oppo R11”, “Vivo Y66”, “Honor 8 Lite”, “Xiaomi Redmi Note 4X” və “Honor Enjoy 6X” smartfonları tutub. Bu onluğun payına, ümumiyyətlə, ölkədəki satışların 23,3 faizi düşür. Buradan görünür ki, siyahıdakı iki “Apple” cihazından başqa, bir dənə də olsun xarici brendin smartfonu yoxdur. 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018