Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Süni zəka Stenford testində insan zəkasını üstələdi

Çinin “Alibaba” və ABŞ-ın “Microsoft” şirkətləri tərəfindən ayrı-ayrılıqda yaradılan süni zəka sistemi Stenford Universiteti tərəfindən yaradılmış oxu mətnini anlaya bilmək testində insanlardan daha yüksək nəticə göstərib.

 

İKT.lent.az-ın “itc.ua” saytına istinadən verdiyi xəbərə görə, Stenford oxu mətni oxunmuş mətni qavramaq səviyyəsini çoxlu sayda suala cavablar əsasında qiymətləndirir və bu sahədə ən nüfuzlu alqoritmlərdən biridir. Bu testdə insanın topladığı ən yüksək bal 82,304 təşkil edib. “Alibaba” tərəfindən hazırlanan dərin neyroşəbəkə sistemi isə daha yüksək – 82,440 bal toplaya bilib. Beləliklə, bu sistem bu testdə insanın nəticələrini üstələyən ilk süni zəkanı olub. Lakin çinlilərin rekordu uzun sürməyib. Ertəsi gün “Microsoft”un süni zəka sistemi eyni testdə 82,650 bal yığıb.

 

Son nəticədə ideya bundan ibarətdir ki, süni zəka sistemlərinin insanların suallarına daha dəqiq cavab verə bilməsi üçün onların böyük həcmdə mətn informasiyası emal etməsinə yardım edilsin. “Bu, o deməkdir ki, məsələn, “yağışa nə səbəb olur?” kimi obyektiv suallara maşınlar artıq yüksək dəqiqliklə cavab verəcək. Bu texnologiya zamanla müxtəlif sahələrdə tətbiq olunacaq və insanları əvəz edəcək”, - deyə “Alibaba”nın elmi əməkdaşı Lo Si bildirib.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018