Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İçkili halda dron idarə edənlər cərimələnəcək

ABŞ-ın Nyu-Cersi ştatında içkili halda pilotsuz uçan aparatların idarə edilməsinə qadağa qoyulub. 

İKT.lent.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, bu barədə agentlik ştatın qubernatoru Kris Kristinin qərarına əsasən xəbər verib.
 
Qanda 0,08 faiz alkoqol aşkar edildiyi halda, dronları idarə etmək mümkün olmayacaq. Belə bir norma avtomobillərin idarə edilməsinə də tətbiq edilib. Qanuna görə, həbsxana yaxınlığında da dronlardan iistifadə etmək mümkün olmayacaq.  

Qeyd edilir ki, qanunu pozanların altı ay müddətinə azadlıq məhrum edilməsi və ya 1000 dollar cərimə olunması nəzərdə tutulur. 

LENT

16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018