Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada internet istifadəçilərinin sayı 87 milyon nəfərə çatdı

Rusiyada 16 yaşdan yuxarı olan əhali arasında internet istifadəçilərin sayı 3,5 faiz artaraq 87 milyon nəfər təşkil edib. 

İKT.lent.az-ın “Kommersant” nəşrinə istinadən məlumatına görə, 2015 və 2016-cı illərdə Rusiyada internet istifadəçilərinin sayı 84 milyon nəfər təşkil edib. Ancaq 2017-ci ildə internetin 16 yaşdan yuxarı əhali arasında yayılması payı 70,4 faizdən 72,8 faizə qədər artıb. 

Qeyd edilir ki, auditoriyanın artımı əsasən yuxarı yaşlı insanların hesabına baş verir. Bununla əlaqədar olaraq gənclər arasında internet istifadəçilərinin səviyyəsi yüksək həddə çatıb. Həmçinin mobil internetin populyarlığının artdığı qeyd edilir. 55 və daha yuxarı yaşları olan belə istifadəçilərin sayı iki dəfə artıb.  

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018