Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”da məlumatları oğurlayan virus tapıldı

“Kasperski Laboratoriyası”nın mütəxəssisləri “Andoid” cihazlarına ziyan vuran virus aşkar ediblər.

 

İKT.lent.az-ın “Zvezda” telekanalına istinadən məlumatına görə, bu virus “Skygofree” adlanır.

Virus iri şəbəkə operatorlarının saxta saytları vasitəsilə yayılır. Belə ki, məhz bu saylarda istifadəçilərə “internet qoşulmasının sürətləndiricisi”ni yükləmək təklif edilir.

Bu virus “WhatsApp”dan danışıqları yaza, SMS və məlumatları oğurlaya bilir, GPS məlumatlarını, təqvimdən hadisələri oğurlayır, həmçinin sərbəst olaraq ön kameranı qoşa və şəkillər çəkə bilir. 

“Skygofree”ni “Android” üçün ən güclü virus elan ediblər. Onun daha çox yayılması 2015-ci ilə təsadüf edib. 

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018