Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S9” flaqmanının təqdimat tarixi məlum oldu 

“Samsung Galaxy S9” smartfonunun təqdimatına o qədər də çox vaxt qalmayıb. 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, nüfuzlu insayder Evan Blass Cənubi Koreya şirkətinin “Galaxy S9” və “S9+” flaqman smartfonlarını nə zaman təqdim edəcəyindən danışıb.

 

Evan Blassın şəxsi məlumatına əsasən, yeni “Galaxy S”in təqdimatı fevralın 26-da baş tutacaq. Smartfonun ictimai nümayişi Barselonada keçiriləcək “MWC 2018” sərgi çərçivəsində olacaq. 

“Galaxy S9” və “Galaxy S9+” smartfonlarına sifarişlər martın 1-dən açıq elan olunacaq, mağazalara isə bu smartfonlar martın 16-da çıxarılacaq. 

Bundan başqa, bu gün “Phonearena” nəşri bildirib ki, Koreya smartfonları 3000 mA/saat mg 3500 mA/saat gücündə akkumulyatorlara malik olacaqlar. 

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018