Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Windows 8.1” öldü...

“Microsoft” şirkəti yanvarın 9-dan etibarən “Windows 8.1” əməliyyat sisteminə aktiv dəstəyi dayandırıb. Beləliklə, əməliyyat sisteminin istifadəyə verilməsindən 5 il sonra istifadəçilər hazırda faktiki olaraq “ölü” OC ilə çalışırlar.  

 

İKT.lent.az-ın xəbərinə görə, “Windows 10” əməliyyat sistemini pulsuz yükləmək istəyən “Windows 8.1” istifadəçiləri üçün 1 həftə vaxt verilmişdi. Bundan sonra “Windows 8.1”də hər hansı ciddi yenilənmə aparılmayacaq və səhvlərin düzəldilməsi mümkün olmayacaq.

 

Qeyd edək ki, “Microsoft” öz istifadəçilərinin “Windows 10”u yükləməsi üçün 1 il fürsət tanımışdı. “NetMarketshare”in məlumatları göstərir ki, əməliyyat sistemini yükləməyən, yaxud bunu unudan 7% istifadəçi var. Şirkətin ən populyar əməliyyat sistemi isə “Windows 7” olaraq alır. Bu sistem personal kompüterlərin 45%-də quraşdırılıb.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018