Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” Qış Olimpiadası üçün smartfon istehsal edəcək

“Samsung” şirkəti 2018-ci ilin 9-25 fevral tarixlərində Cənubi Koreyanın Pxyonçxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının hər bir iştirakçısına “Galaxy Note 8” smartfonu paylayacaq. 

İKT.lent.az-ın Nenby.ru saytına istinadən məlumatına görə, şirkət bildirib ki, cəmi 4 000 ədəd cihaz istehsal ediləcək.

 

Bu smartfonlar xüsusi olaraq olimpiada mövzusunda yaradılacaq. Bu smartfon ağ rəngdə olacaq və arxa panelində qızılı Olimpiya həlqələri də olacaq. 
 
Smartfonları Pxyonçxan şəhərinə gələcək idmançılara və Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinə paylayacaqlar. 
 
Şirkətdə dəqiqləşdiriblər ki, cihaz xüsusi olaraq Olimpiya mövzusunda divar kağızları ilə təchiz ediləcək. Bundan başqa, smartfonda Qış Olimpiya Oyunları-2018-ə aid məlumatları axtarıb tapmaq üçün əlavə də olacaq. 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018