Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” rejissor Abramsın layihəsi uğrunda mübarizəyə başlayıb

“Apple” korporasiyası rejissor Cey Cey Abramsın üzərində işlədiyi yeni layihə uğrunda HBO ilə mübarizə aparır.

 

İKT.lent.az-ın “Variety” portalına istinadən verdiyi xəbərə görə, texnoloji şirkət bu sahədə striminq xidmətləri ilə ciddi rəqabətə girmək fikrindədir.

 

C. C. Abrams məşhur “Ulduz müharibələri”nin 7-ci bölümünün rejissorudur. Onun yeni layihəsi barədə hələlik çox az şey məlumdur. Layihənin fantastik drama olacağı güman edilir. Serialın istehsalı ya bu sahədə peşəkarlaşmış HBO televiziya şəbəkəsinə, ya da bu sahənin debütantı “Apple”a qismət olacaq. Texnoloji nəhəngin büdcə imkanları nəzərə alınarsa, layihəni onun əldə etmə şansının yüksək olduğunu söyləmək mümkündür.   

 

Qeyd edək ki, “Apple” məşhur rejissor Stiven Spilberq ilə də əməkdaşlığa başlayıb. Spilberq hazırda “Apple” üçün bir zamanlar məşhur olan “Amazing Stories” fantastik teleserialını dirçəltməklə məşğuldur.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018