Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda kompüter və elektron məhsulların istehsalı artıb

2017-ci il ərzində Azərbaycanda 251,2 milyon manatlıq kompüter, elektron və optik məhsulları, elektrik avadanlıqları istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata əsasən, 2016-cı illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 25,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 34,6 faiz artıb. 

İl ərzində 2016-cı illə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 30,5 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 56,1 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 39,1 faiz artıb.

LENT

16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018