Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple”dan ABŞ-a müdhiş yatırım - 350 MİLYARD DOLLAR!

“Apple” yaxın 5 ildə ABŞ iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyacağını elan edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə korporasiyanın bəyanatında deyilir. “Apple” ölkədə ikinci ofisini də açacaq.

 

Korporasiya öz planları barədə Konqresdə qəbul olunan vergi islahatı qanunu ilə əlaqədar açıqlama verib. Texnoloji şirkətin illik yatırımları 70 milyard dollar olacaq, bu il isə xaricdə əldə olunan gəlirdən vergi ödənməsi ilə əlaqədar bu məbləğ 75 milyard dollar təşkil edəcək. Belə ki, yeni vergi qanunu ilə əlaqədar “Apple” 252 milyard dollarlıq xarici kapitalından təxminən 38 milyard dollar vergi ödəməlidir.

 

Şirkət 20 mindən çox yeni iş yeri yaradacağını da bəyan edib. Yeni əməkdaşlar ikinci ofisdə işə cəlb olunacaq və köhnə ofisin kadr heyəti də genişləndiriləcək. Bundan başqa, ABŞ daxilində əlavə data mərkəzləri də yaradılacaq və bu layihələrə 10 milyard dollar xərclənəcək.

 

Hazırda “Apple”ın ABŞ daxilində 84 minə yaxın əməkdaşı var.  

 

Prezident Donald Tramp “Apple”ın qərarını sevinclə qarşılayıb. “Vəd etmişdim ki, mənim siyasətim “Apple” kimi şirkətlərin böyük miqdarda pulları ABŞ-a qaytarmasına imkan verəcək. Vergilərin ixtisarı nəticəsində “Apple”ın bu planı yerinə yetirdiyini görmək sevindiricidir. Ölkə və amerikalı işçilər üçün böyük qələbədir!”, - deyə o, “Twitter”də yazıb.  

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018