Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp” istifadəçilərini spamdan qoruyacaq

“WhatsApp” messenceri istifadəçilərini spamdan qoruyacaq. 

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, eyni məlumatın bir neçə dəfə göndərilməsi zamanı onlar xəbərdarlıq almağa başlayacaqlar. Hazırda yeni proqramın sınaqları aparılır. 

Xəbərdarlıqda belə deyiləcək: “Sizin göndərdiyiniz məlumat bir neçə dəfə göndərilib”. Ancaq bu, spamla mübarizə üçün yeganə üsul olmayacaq. 

Bundan öncə də bildirilib ki, alimlər “WhatsApp” messencerində zəif yerlər tapıblar. Məlum olub ki, əlavənin serverlərinə çıxışı olan istənilən istifadəçi özəl qruplardakı çatlarda yazışmaları oxuya biləcək. Bundan başqa, onlar inzibatçının icazəsi olmadan qapalı qruplara yeni iştirakçılar da əlavə edə biləcəklər. 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018