Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” Rusiyanın “Brexit”ə müdaxiləsini araşdıracaq

“Facebook Inc.” Rusiyanın Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilmiş referendumun nəticələrinə mümkün təsiri barədə ətraflı araşdırma aparmağı vəd edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya İcmalar Palatasının Rəqəmli texnologiyalar, KİV, mədəniyyət və idman üzrə komitəsindən bildiriblər.

 

Britaniyalı parlamentarların tənqidlərinə cavab olaraq “Facebook” bildirib ki, “Brexit” ərəfəsində Rusiya mənşəli səhifələrin fəaliyyətini daha diqqətlə araşdıracaq. “Biz bu işi operativ şəkildə yerinə yetirmək istəyirik. Buna bir neçə həftə lazım olacaq”, - deyə şirkətin Böyük Britaniyada inkişaf strategiyasına məsul olan nümayəndəsi Saymon Milner bildirib.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018