Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hibrid smart-saatlar bazarı artacaq - PROQNOZ

“Juniper Research” şirkətinin analitikləri düşünürlər ki, yaxın zamanlarda “ağıllı” qol saatları bazarında ciddi dəyişikliklər olacaq. 

İKT.lent.az-ın Businesswire.com saytına istinadən məlumatına görə, bu dəyişikliklər hibrid smart-xronometr adlanan cihazların populyarlığının artımı ilə bağlıdır. 

Hibrid “ağıllı” saatlar adi analoq cihazlar kimi görünə bilər. Ancaq bununla belə, onlar əlavə funksiya seçimlərinə malikdirlər. Bu, saat sahibinin fiziki aktivliyi barədə məlumatların toplanması və smartfondan bildirişlərin alınması ilə də bağlı ola bilər. 

Qiymətləndirməyə əsasən, ötən il ərzində bütün dünya üzrə 14 milyon ədəd hibrid smart-saat satışa çıxarılıb. “Juniper Research” mütəxəssislərinin proqnozlarına əsasən, 2022-ci ildə belə cihazların tədarükü 80 milyon ədədə çatacaq. Bu gözləntilər özünü doğrultsa, 2017-ci ilin göstəriciləri ilə müqayisədə təxminən 460 faiz artacaq. 

Eyni zamanda “Apple Watch” kimi tam “ağıllı” saatlara tələbat 2022-ci ilə qədər 160 faiz artacaq. Belə bir vəziyyət ona gətirib çıxaracaq ki, hibrid smart-xronometrlər qobal “ağıllı” qol saatları bazarının 50 faizdən artığına malik olacaqlar. 

Əlavə edək ki, ilkin qiymətləndirməyə görə, 2017-ci ildə bütün dünya üzrə 113,2 milyon ədəd daşınar cihaz realizə edilib. Onlardan bütün mümkün bilərziklərin payına 45 milyon ədədi düşüb. Baza və genişləndirilmiş funksiyalı smart-saatları isə bazarın əsas payına malik olublar. Onların bazar satışı 61,5 milyon ədəd təşkil edib. 

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018