Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple”dan köhnə “iPhone” istifadəçilərinə dəstək

“Apple” korporasiyasının baş icraçı direktoru Tim Kuk köhnə “iPhone” modellərinin işinin şirkət tərəfindən qəsdən yavaşladılması barədə qalmaqala münasibət bildirib.

 

İKT.lent.az-ın xəbərinə görə, T. Kuk istifadəçilər qarşısında üzr istəyib. “Ola bilər ki, biz bu məsələni kifayət qədər aydın izah etməmişik”, - deyə o, söyləyib.

 

T. Kuk bildirib ki, cihazların fəaliyyətinin yavaşladılması onların istifadəsi zamanı qəfil yüklənmənin (“perezaqruzka”) qarşısını almaq üçün edilib.

 

“Apple” CEO-su qeyd edib ki, onlar köhnə modellər üçün batareyaların qiymətini endiriblər. Bundan başqa, şirkət xüsusi proqram əlavəsi istifadəyə verəcək ki, onun köməyi ilə akkumulyatorun köhnəlmə dərəcəsini izləmək mümkün olsun.

 

Xatırladaq ki, 2017-ci ilin son ayının son günlərində “Apple” köhnə “iPhone” modellərinin işini yavaşlatdığını etiraf edib. Artıq Fransada prokurorluq bununla əlaqədar təhqiqata başlayıb.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018