Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

“Apple” cihazlarının istifadəçiləri “WhatsApp” əlavəsində işlərini dayandırmadan “YouTube” videoçarxlarını izləmək üçün yeni funksiya əldə ediblər. 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, bu imkanlardan istifadə etmək üçün mobil cihaz istifadəçiləri messencerlərini v2.18.11 versiyasına qədər yeniləməlidirlər. 

Bundan öncə “WhatsApp” istifadəçisi “YouTube”də video izləmək üçün videohostinqin əlavəsinə keçməli olurdu ki, nəticədə messencerdəki işlərini yekunlaşdırmalı olurdu. Müəyyən işləmələrdən sonra “WhatsApp”ı v2.18.11 versiyasına qədər yeniləyən “Apple” cihazlarının sahibləri messencerdə işləyərək və məlumat göndərərək eyni vaxtda “YouTube” videoçarxlarını izləyə biləcəklər. 

Hələlik yeni funksiyanın ancaq iOS cihazlarında istifadə edilməsi mümkündür. “Android” sahibləri üçün versiyanın olacağı isə hələlik məlum deyil.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018