Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S9” və S9+ bu ölkədə ən ucuz qiymətə satılacaq

“Samsung” şirkəti bu ilin fevralın sonunda Barselona keçiriləcək “Mobile World Congress” sərgisində özünün yeni “Samsung Galaxy S9” və S9+ flaqman smartfonlarını təqdim etməlidir. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, “Samsung” şirkətinin Çin bölməsinin rəhbəri Qui Sian (Gui Xian) bildirib ki, onlar yeni cihazların müxtəlif şəkillərini görüblər və cihazların xüsusiyyətlərini bilirlər. Ancaq hələlik heç kəs yeniliyin qiyməti barədə heç bir məlumata malik deyil. 

Özünün sonuncu müsahibəsində Qui Sian bildirib ki, Çində “Samsung Galaxy S9” və “S9+ smartfonları dünyada ən ucuz qiymətə satışa çıxarılacaq. Ancaq o, konkret olaraq rəqəm çəkməyib. 

Yeni məlumata əsasən, “Samsung Galaxy S9” və S9+ smartfonlarına sifarişlər martın 1-dən açıq elan ediləcək. Smartfonların satışına isə martın 16-da başlanacaq.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018