Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"WhatsApp" iş adamları üçün messencer yaratdı

"Android" platformasında pulsuz "WhatsApp Business" əlavəsi istifadəyə verilib.
 
İKT.lent.az-ın xəbərinə görə, yeni messencerin standart versiyadan fərqi biznes profilləri yaratmaq imkanından ibarətdir. Profildə iş adamları hansı sektorda çalışdıqlarını, göstərdikləri xidmətləri, ünvanlarını və əlaqə nömrələrini qeyd edə bilər. Profilin verifikasiyası üçün qeyd olunan telefon nömrəsinin şirkətin nömrəsi ilə üst-üstə düşməsi tələb olunur.
 
Hələlik əlavə yalnız ABŞ, Britaniya, İtaliya, Meksika və İndoneziyadan olan istifadəçilər üçün əlçatandır. Tərtibatçılar messencerin coğrafiyasını yaxın vaxtlarda genişləndirəcəklərini bildiriblər.
 

LENT

16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018