Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Polis selfi sayəsində qatili tapdı

Kanadada selfi sayəsində qətl hadisəsinin üstünü açmaq mümkün olub.

 

İKT.lent.az-ın CBC-yə istinadən verdiyi xəbərə görə, Saskatun şəhərinin polisi 2 il ərzində Britni Qarqol adlı 18 yaşlı qızın ölümünü araşdırırmış. Onun meyiti şəhər zibilxanasının yaxınlığında tapılıb. Qızın rəfiqəsi Şayenn Rouz Entoni polislərə bildirib ki, qətl günü onlar barda içki içiblər və daha sonra B. Qarqol naməlum kişi ilə barı tərk edib.   

 

Lakin bir qədər sonra Ş. R. Entoninin sosial şəbəkədə yerləşdirdiyi selfi fotosu hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Fotoda Qarqolun boğulduğu kəmər görünür. Polis xanım Entoninin ifadələrində uyğun gəlməyən yerlər müəyyənləşdirib. Onun tanışlarından biri isə ifadəsində deyib ki, Ş. R. Entoni cinayəti özünün törətdiyini onunla söhbətdə etiraf edib.

 

Qadın həbs olunub və 7 il azadlıqdan məhrum edilib.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018