Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” Rusiyaya qarşı sanksiyalara qoşuldu

ABŞ-ın “Microsoft” korporasiyasının Rusiyadakı iki rəsmi distribütoru – “Merlion” və RRC 200-dən çox Rusiya şirkəti üçün proqram məhsullarının satışına yeni məhdudiyyətlər tətbiq edib.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu qərar ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi növbəti sanksiyalarla əlaqədardır.

 

Rusiyalı müştərilərə mal və xidmətlər təqdim edən qurumlar 2017-ci il noyabrın 28-də tətbiq edilmiş yeni sanksiyalardan ehtiyatlanırlar. “Merlion”dan bildiriblər ki, “Microsoft”un Rusiya maliyyə sektoru üçün sifariş edilən məhsulların yalnız ön ödəniş təminatı verildikdən sonra çatdırılması mümkündür. Müdafiə sektoru üçün ödəniş müddəti 30 gün, enerji sektoru üçün 60 gündür. PRC isə konkret hansı məhdudiyyətləri tətbiq edəcəyini hələlik açıqlamayıb. Şirkətlərə müvafiq xəbərdarlıqlar ötən həftə elektron poçt vasitəsilə göndərilib.

 

Xatırladaq ki, 28 noyabr 2017-ci il tarixli sanksiyalar Rusiyanın bank sektoru və enerji şirkətlərinin xaricdən maliyyə cəlb etməsinin məhdudlaşdırılması ilə bağlıdır. Əvvəl sanksiya siyahısındakı şirkətlər kreditorlara 90 gün, banklar isə 30 gün ərzində borc ödənişi etməli idilər. Yeni qərarla bu müddət müvafiq olaraq, 60 və 14 günə endirilib.   

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018