Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Minecraft”ın auditoriyası 23 milyon nəfər artıb - BİR İLDƏ

“Microsoft” korporasiyasında “Minecraft” bölməsinin yeni rəhbəri Helen Çanq bildirib ki, əfsanəvi oyunun satışının həcmi 144 milyon ədədə çatıb. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bildirilir ki, onlardan 23 milyon nüsxəsi ancaq son bir il ərzində satılıb. 2017-ci ilin dekabr ayında isə oyunun aktiv istifadəçilərinin sayı bir ay ərzində 74 milyon nəfər artıb. 

Çanq əlavə olaraq bildirib ki, bu gün üçün bölmə “Minecraft” oyununun qrafikasında böyük bir yenilənmənin tərtibatı ilə məşğuldur. Bu yenilənmə oyunun görünüşündə ciddi dəyişikliklərin edilməsini nəzərdə tutur. 

Ancaq hələlik işlər yekunlaşmayıb və tərtibatçılara oyunun tam işlənilməsi üçün əlavə zaman tələb olunacaq. 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018