Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google Play”də “GhostTeam” virusuna yoluxmuş 50 proqram tapıldı

Mütəxəssislər “Google Play” onlayn mağazasında 50-dən çox əlavənin “GhostTeam” virusuna yoluxduğu barədə məlumat veriblər.

İKT.lent.az-ın Runews24.ru saytına istinadən məlumatına görə, zərərverici şifrəni “Trend Micro” və “Avast” şirkətlərinin mütəxəssisləri aşkar ediblər.

“GhostTeam” nəslinin viruslarının mahiyyəti ondan ibarətdir ki, o, qurbanın cihazına yüklənəndən sonra “Facebook” akkauntunun məlumatlarını oğurlayır, sonradan isə onlara reklamlar nümayiş etdirir. 

Bundan başqa, viruslar istifadəçinin cihazı barədə digər məlumatları da toplayır. Bura displeyin parametrləri, unikal İD, cihazın yerləşməsi və sistem dili barədə məlumatlar daxildir.  

Virusa yoluxmuş əlavələr arasında müxtəlif yükləmə proqramları, QR-şifrə skanerləri, fənərlər, kompaslar, təmizləyicilər, həmçinin əyləncəli əlavələr də mövcuddur.

 

Qeyd edilir ki, “GhostTeam” nəslindən olan zərərverici şifrə hələ ötən ilin yaz aylarında yayılmağa başlayıb. Ancaq onu yalnız bu günlərdə aşkar etmək mümkün olub. 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018