Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Qualcomm”a şok cəza!

Avropa İttifaqı ABŞ-ın məşhur çip istehsalçısı “Qualcomm” şirkətinə ağır cərimə kəsib.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, şirkət Avropada 997 milyon avro (təxminən 1,2 milyard dollar) cərimə ödəməli olacaq.

 

Aİ-nin rəqabət məsələləri üzrə komissarı Marqaret Vestager qərarın səbəbini izah edib. Məlum olub ki, “Qualcomm” “Apple” korporasiyasına milyardlarla dollar pul verirmiş ki, öz cihazlarında məhz “Qualcomm”un çiplərindən istifadə etsin. “Bu, o deməkdir ki, şirkətin heç bir rəqibi, buraxdığı məhsulun keyfiyyətindən asılı olmayaraq, bazarda “Qualcomm”u məğlub edə bilməzdi”, - deyə M. Vestager söyləyib.

 

Cərimənin miqdarı “Qualcomm”un 2017-ci ildəki gəlirinin 4,9%-nə bərabərdir. M. Vestager bildirib ki, bu qərar eyni siyasəti yeritmək istəyən digər şirkətlərə də xəbərdarlıqdır. “Apple” üçün cəza isə nəzərdə tutulmayıb.

 

Qeyd edək ki, “Qualcomm” 2011-ci ildə “Apple” ilə saziş imzalayıb və 2013-cü ildə bu sazişin müddəti uzadılıb. “Qualcomm” xəbərdarlıq edib ki, əgər “Apple” onun rəqiblərinin çiplərindən istifadə edərsə, ödənişləri dayandıracaq. Bu səbəblə LTE dəstəkli çiplər istehsal edən “Intel” faktiki olaraq, bu bazardan çıxıb. Halbuki “Apple” “Intel”in çiplərinə keçməyə hazırlaşırmış, lakin “Qualcomm”la sazişin qüvvədə olduğu vaxt bunu etsəydi, çoxlu pul itirəcəkdi.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018