Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla” İlon Maska pul verməyəcək - AĞIR ŞƏRTLƏR

“Tesla” şirkəti özünün yaradıcısı və baş direktoru İlon Mask (Elon Musk) üçün yeni mükafatlandırma sistemi hazırlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, yeni sistem İ. Maskın stabil gəlir əldə etməsini nəzərdə tutmur. O, yalnız şirkətin maliyyə göstəriciləri planlaşdırıldığı kimi olarsa, gəlir əldə edəcək. “İlon Mask hər hansı təminatlı ödəniş almayacaq – nə maaş, nə pul mükafatı, və səhm”, - deyə şirkətdən bildirilib. 

 

Yeni sistem 10 illik müddət üçün nəzərdə tutulub. Mükafatlandırma 12 tranşa ayrılıb və hər biri “Tesla”nın dövriyyədəki səhmlərinin 1%-i qədər olacaq.

 

İlk tranşı almaq üçün İ. Mask “Tesla”nın bazar dəyərinin 100 milyard dollara çatdırılmasına nail olmalıdır. (Hazırda 59 milyarddır.) Sonra şirkətin bazar dəyəri hər dəfə 50 milyard dollar artdıqca, İ. Maska mükafat veriləcək. Beləliklə, İ. Mask bütün 12 tranşı qazanmaq üçün “Tesla”nın bazar dəyəri 650 milyarda çatmalıdır.

 

Bu cür sistem həm də İ. Maskın şirkətə uzun müddət rəhbərlik edəcəyini göstərir. “Tesla” istisna etmir ki, gələcəkdə baş direktor vəzifəsinə başqa şəxs gətirilə bilər, lakin belə olsa belə, həmin rəhbər şəxs İ. Maska tabe olacaq. 

 

Yeni mükafat sistemi səhmdarların lehinə səs verməsindən sonra qüvvəyə minəcək.

 

Qeyd edək ki, “Forbes”un versiyasına əsasən dünyanın zəngin adamları sıralamasında İ. Mask 13,9 milyard dollarlıq sərvəti ilə 80-ci yerdədir.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018