Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S9”un təqdimat tarixi açıqlandı

“Samsung” şirkəti özünün yeni flaqman smartfonu – “Galaxy S9”un təqdimat tarixini elan edib.

 

İKT.lent.az-ın xəbərinə görə, təqdimat mərasimi Barselonada keçiriləcək MWC 2018 sərgisindən bir gün öncə - fevralın 25-də olacaq.

 

Artıq jurnalistlər üçün dəvətnamə göndərilib. Dəvətnamədə bildirilir ki, cihaz yenilənmiş kameraya, eləcə də diafraqmanı tənzimləməyə imkan verən dəyişkən aperturaya malikdir. “Galaxy S9” saniyədə 480 kadr sürəti ilə yavaşladılmış Full HD video çəkə bilir. Böyük model ikili kamera, kiçik model isə bir kamera ilə təchiz edilib.

 

Hər iki model 5,8 və 6,2 ölçülü Super AMOLED ekrana malikdir. ABŞ və Çin bazarında “Snapdragon 845” prosessoru ilə təchiz olunmuş modellər, digər bazarlarda isə “Exynos 9810” prosessoruna sahib modellər satışa çıxarılacaq.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018