Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Smartfonların qiymətləri 11 faiz bahalaşıb - ANALİTİKLƏR

Analitiklər müasir smartfonların orta qiymətinin 11 faiz kəskin qalxdığını bildiriblər. 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, bu, “iPhone X” və “Galaxy Note 8” kimi bahalı populyar cihazların sayəsində baş verib ki, onlar da bazarda böyük tələbata malikdirlər. 

Ötən il bir neçə iri şirkət özlərinin yeni smartfonlarını təqdim ediblər. Misal üçün, “Apple” korporasiyası özünün ən bahalı “iPhone X”nu buraxıb. GfK şirkətinin analitiklərinin məlumatına əsasən, 2017-ci ilin sonuncu rübündə smartfonların orta qiyməti ötən illə müqayisədə 11 faiz artıb. Tədarük olunan smartfonların əksəriyyəti faktiki olaraq bahalaşıb. Buna səbəb isə alıcıların dəyəri 1000 dollar olan “iPhone X” və qiyməti 930 dollar olan “Galaxy Note X” smartfonları əldə etmələridir. 
 
Hazırda flaqman smartfonların orta qiyməti 600-700 dollar təşkil edir. Ucuz qənaətcil “Google Pixel 2Xİ” smartfonu isə 849 dollara qədər bahalaşıb. Ümumilikdə qiymətlərin artımı funksiyaların çoxluğu, böyük 5,5 düym ölçülü OLED ekranı və yüksək keyfiyyətli kameralarının olmasıdır. 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018