Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Soros: “Facebook” və “Google” təhlükəlidir” -

Amerikalı milyarder Corc Soros bildirib ki, “Facebook” və “Google” şirkətləri cəmiyyət üçün təhlükədir. 

İKT.lent.az-ın “Business Insider” nəşrinə istinadən məlumatına görə, o qeyd edib ki, onlar qəsdən öz xidmətlərinə asılılıq yaradırlar: “Bu, xüsusilə də yeniyetmələr üçün zərərli ola bilər. İnternet platformalar və qumar oyunlar arasında oxşarlıqlar var. Kazinolar hətta pulu olmayan oyunçulardan belə onların bütün pullarını qoparmağın üsullarını tərtib ediblər”. 

Soros həmçinin qeyd edib ki, “Facebook” və “Google” insanların azadlığı üzərində inhisarçılıq yaradır: “Sosial şəbəkələr insanları azadlıqlarından imtina etməyi vadar edirlər. İnsanların diqqətini ora cəlb edən güc isə daha çox bir neçə şirkətin əlində cəmləşir”.

 

Milyarder bildirib ki, sosial şəbəkələr vasitəsilə bir çox iri şirkətlər auditoriyanın diqqətini cəlb etməklə böyük məbləğdə qazanc əldə edir. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018