Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter”də yeni funksiya

“Twitter” sosial şəbəkəsi gələcəkdə yeni funksiya yaradacaq. 

İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, artıq mütəxəssislər bu istiqamətdə işə başlayıb. 

Söhbət qeydiyyatdan keçmiş icmalçılar arasında videofayllar mübadiləsindən gedir. Yeni imkanlar hər kəsin vərdiş etdiyi “Snapchat”ı xatırladacaq. Bundan başqa, videofayl göndərilən zaman istifadəçi bildiriş alacaq ki, bu fayl nə qədər müddət fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, videonun göndərildiyi şəxs məlumat əks olunan müddət ərzində və ya zaman kəsiyində bu məlumatı izləməyi çatdırmalıdır. 

Qeyd edilən müddət bitdikdə, video avtomatik olaraq silinəcək. Mütəxəssislər bildiriblər ki, “Twitter”in yeni funksiyasının interfeysində radikal dəyişikliklər ediləcək. Burada nəyin yeni olacağı ilə bağlı isə hələlik konkret məlumat yoxdur. Çox güman ki, tərtibatçılar istifadəçilərə əsl hədiyyə etmək niyyətindədirlər. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018