Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İlon Mask silah buraxmağa hazırlaşır - FOTO

“Reddit” internet resursunun istifadəçiləri “Boring Company”nin saytında bu şirkətin istehsal etməyə hazırlaşdığı odsaçan silah barədə informasiyanın olduğu səhifə tapıblar.  

 

İKT.lent.az-ın xəbərinə görə, saytda olan müəyyən ünvan istifadəçiləri parolla mühafizə olunan səhifəyə yönləndirir. İstifadəçilərdən biri parol kimi “flame” sözünü daxil edərək səhifəyə daxil ola bilib. Həmin səhifədə odsaçan barədə məlumatlar var imiş. İ. Mask belə bir silah buraxacaqlarını ötən il açıqlamışdı, lakin istehsalın nə vaxt başlayacağı bəlli deyildi. Silahın qiyməti 600 dollar olacaq.

 

Hazırda səhifəyə daxil olmaq mümkün deyil, çünki parol operativ şəkildə dəyişdirilib.

 

Silahın bu ilin aprelində satışa çıxarılacağı bildirilir.

 

Qeyd edək ki, “Boring Company” məşhur iş adamı, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Maska məxsusdur.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018