Bu bölmə Bakcell tərəfindən təqdim olunur

80-dən çox yeniyetmə zəhərləndi - TƏHLÜKƏLİ FLAŞMOB DAVAM EDİR -

ABŞ-da yuyucu toz kapsullarının istifadəsindən zəhərlənənlərin sayı artmaqda davam edir. 

İKT.lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, yeniyetmələr internet flaşmobu çərçivəsində bu yuyucu toz kapsullarını yeyirlər. 

“YouTube”da “Tide Pod Challenge” flaşmobu ilə bağlı bütün videoların bloklanması səylərinə baxmayaraq, belə təhlükəli “çellenc”in iştirakçılarının sayı yenə də artmaqdadır. Əgər ilin əvvəlindən yanvarın 16-da zəhərlənmiş yeniyetmələrin sayı 38 nəfər idisə, artıq yanvarın 22-də onların sayı iki dəfə artıb və 85 nəfərə çatıb. 

ABŞ-ın Zəhərlənmələrə Nəzarət Mərkəzləri Assosiasiyası daha bir xəbərdarlıq edib. Qurum yeniyetmələri yuyucu toz həblərini yeməkdən imtina etməyi çağırış edib. 

Xatırladaq ki, bu ilin əvvəlində internetdə yeniyetmələrin həyatına və sağlamlığına təhlükə yarada biləcək flaşmob müəyyən edilib. Bu flaşmob “Tide Pod Challenge” adlanır. Flaşmob iştirakçıları yuyucu tozun gel tabletlərini yeyirlər. Sonradan isə onlar estafeti digər istifadəçiyə ötürürlər. Hətta bəzi insanlar bu yuyucu tozdan hər hansı yeməklər hazırlamağa çalışır və onları boşqablara düzürlər. 

Tibb işçiləri artıq bu flaşmobla bağlı öz fikirlərini bildiriblər. Onların fikrincə, yuyucu tozdan istifadə ölümə səbəb ola bilər. Onun içində etanol, polimer və hidrogen piroksidi kimi toksik maddələr mövcuddur. 

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018