Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ Çindən müdafiə məqsədilə 5G şəbəkəsi yaradacaq

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə komandası Çindən qaynaqlanan təhlükələrdən qorunmaq üçün yüksək sürətli milli 5G şəbəkəsi yaratmaq imkanlarını nəzərdən keçirir.

 

İKT.lent.az-ın “axios.com”a istinadən verdiyi xəbərə görə, bu ideyanın qarşıdakı 3 il ərzində həyata keçirilməsi planlaşdırılır. Yaxın 6-8 ay ərzində layihənin maliyyələşdirilməsi və icrası məsələləri həll olunmalıdır.  

 

Yeni şəbəkənin yaradılması üçün 2 variant nəzərdən keçirilir. Birinci varianta əsasən hökumət özü vahid ümummilli şəbəkə yaradır. Lakin “Axios” qeyd edir ki, bu, tarixən özəl olan infrastrukturun görünməmiş şəkildə milliləşdirilməsi demək olardı. İkinci variant özəl provayderlərin öz 5G şəbəkələrini yaratmasını nəzərdə tutur. Bu isə böyük vaxt və böyük maddi vəsait tələb edir.  

 

Rəsmi sənədlərdə bildirilir ki, ABŞ qısa müddətdə çox yüksək sürətə malik 5G şəbəkəsi yaratmalıdır, çünki Çin şəbəkə infrastrukturunun istehsalı və istismarında lider mövqelərə malikdir, eləcə də informasiya sahəsində “təhlükəli dominant agent”dir.

 

Hələlik Tramp administrasiyasından məsələyə rəsmi münasibət bildirilməyib.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018