Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Fitnes-trekerlər ABŞ-ın hərbi sirlərini açdı

“Fitbit”, “Jawbone” kimi fitnes cihazlarından istifadə edən şəxslərin marşrutlarını göstərən interaktiv xəritə ABŞ hərbi bazalarının lokasiyası və fəaliyyəti barədə həssas informasiyaları açığa çıxarır.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Washington Post” yazıb.

 

Söhbət “Strava” şirkəti tərəfindən tərtib edilən ​və GPS-lə işləyən “The Global Heat Map” xəritəsindən gedir. Xəritənin yaradılması üçün şirkət 2 il ərzində (2015-2017) fitnes-treker istifadəçilərinin yerləri və hərəkət istiqamətləri barədə peyk məlumatlarını toplayıb. Xəritədə 4 tip aktivlik göstərilir: velosipedlərdə hərəkət, qaçış, su və qış fiziki aktivlik növləri.

 

“Strava” dünya üzrə 27 milyon istifadəçiyə sahib olduğunu bildirir. “Hərbi fəaliyyətlər zonasında, məsələn, İraq və Suriyada bəzi aktivlik sahələri istisna olmaqla, xəritə tamamilə tünddür. Həmin aktivlik zonalarının yaxınlığında ABŞ hərbi bazaları yerləşir”, - deyə “Washington Post” qeyd edir.

 

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi, polkovnik Con Tomas deyib ki, komandanlıq bu cür məlumatların açıqlanmasının mümkün nəticələrini öyrənir.

 

Qeyd edək ki, Pentaqon “Fitbit” trekerlərinin istifadəsini təşviq edib. 2013-cü ildə nazirlik piylənmə ilə mübarizə məqsədilə hərbçilər üçün 2,5 min ədəd bu cihazdan alıb.


​”The Global Heat Map” 2017-ci ilin noyabrında dərc olunsa da, ictimaiyyətin diqqətini indi çəkib. Beynəlxalq təhlükəsizliyi öyrənən avstraliyalı tələbə Natan Ruser Orta Şərqdəki ABŞ bazalarının xəritədə “Yeni il yolkası” kimi işıqlandırıldığını söyləyib. ABŞ hərbi obyektlərinin yerləşdiyi ərazilərdə fitnes cihazlarından istifadə edən insanların bütün marşrutlarını xəritədə görmək mümkündür. Məsələn, Əfqanıstanın Qəndahar bölgəsindəki ABŞ hərbi bazasının təfərrüatlı xəritəsi orada görünür. “Daily Beast” jurnalisti Adam Raunsli ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Somalidəki bazası yaxınlığındakı fiziki aktivliyini artmasını müşahidə edib. “New Yorker”in jurnalisti isə Afrikadakı Sahel bölgəsində ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin bazasının yerini müəyyənləşdirib.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018