Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tramp “Twitter”də neçə dəfə təhqir yazıb? - AÇIQLANDI

“The New York Times” qəzeti Donald Trampın prezidentliyə namizədliyinin irəli sürülməsindən bəri onun “tvit”lərini araşdırıb.

 

İKT.lent.az-ın xəbərinə görə, qəzet müəyyənləşdirib ki, bu müddətdə Tramp 426 şəxs, media orqanı, şirkət və ölkə haqqında xoşagəlməz ifadələr və təhqirlər işlədib.  

 

Məsələn, KİV-in xəbərlərinə şərh verən D. Trampın ən yumşaq ifadəsi “yalan xəbərlər”dir. (“Fake news”.) O, “Fox TV”nin müxbirlərini kloun, “Associated Press”in xəbərlərini isə “qorxunc və çox yanlış” adlandırıb.

 

Tramp seçkidəki rəqibi Hillari Klintonu “tarixin ən böyük uğursuzu” kimi dəyərləndirib, ona “fırıldaqçı” deyib.

 

Sənət adamları ilə də mübahisəyə girişən Tramp məhur reper Snup Doqqun (Snoob Dogg) uğursuz karyeraya sahib olduğunu, Meril Stripin isə Hollivudda layiq olmadığı halda, yüksək qiymət aldığını söyləyib.

 

ABŞ dövlət başçısı seçkidən əvvəl Avropa İttifaqının mərkəzi olan Brüsseli “cəhənnəm deşiyi” adlandırıb. BMT isə, onun fikrincə, vaxt öldürmə yerinə çevrilib və heç nəyə yaramır.  

 

Bu yaxınlarda Tramp Afrika və Haitidən olan miqrantları “çirkab dəliyindən çıxanlar” (shithole countries) kimi xarakterizə edib.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018