Bu bölmə Bakcell tərəfindən təqdim olunur

10 GB əməliyyat yaddaşı olan smartfon yaradıldı - DÜNYADA BİR İLK

Çinin “Weibo” veb-saytında “Vivo Xplay 7” smartfonu haqqında məlumat dərc edilib.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bu smartfon ən güclü “Andoid” telefon adını ala bilər.

İlkin məlumatlara əsasən, aparat ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 845” mikro prosessoruna malik olacaq. Cihaz həmçinin 10 Gb əməliyyat yaddaşına sahib olacaq. 

“Vivo Xplay 7” smartfonunun 4K genişlənməyə malik OLED ekranı da olacaq. Bu ekran aparatın panelinin 92,9 faizini tutacaq. 

Bundan başqa, məlum olan budur ki, cihazın ya 256, ya da 512 GB yaddaşa kart yaddaşı, displeyə əlavə edilmiş barmaq izləri olacaq. Cihaz həm də “Face Unlock 2.0” sifəti tanıma funksiyasını və 4 qat yaxınlaşdırması olan ikili kameranı dəstəkləyəcək.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018