Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S9” və S9+ smartfonlarının qiyməti məlum oldu

Yeni “Samsung Galaxy S9” və S9+ smartfonlarının qiyməti məlum olub. 

İKT.lent.az-ın Nation-news.ru saytına istinadən məlumatına görə, insayderlər bildirirlər ki, artıq cari ilin yazının əvvəlində bazara çıxarılacaq yeni “Samsung Galaxy S9” və S9+ smartfonlarının qiyməti brendin bütün tarixi boyu ən bahalı smartfonu olacaq. 

“Ricciolo” şirkətinin insayderi bildirib ki, satışlara başlandıqdan sonra alıcılar “Galaxy S9” flaqmanını 800 dollara ala biləcəklər.

 

Xatırladaq ki, ondan əvvəlki “Galaxy S8” smartfonu ondan 100 dollar daha ucuz qiymətə satılırdı. 

Öz növbəsində “Galaxy S9+” smartfonu da özündən əvvəlki modeldən baha qiymətə olacaq. Bu qiymətlər ABŞ bazarı üçün nəzərdə tutulur. Təxmin edilir ki, yeni məhsulların Avropa ölkələrində qiymətləri daha yüksək olacaq. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018