Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-da “Apple” barədə təhqiqat başladı, şirkət dəyərini itirdi

ABŞ hökuməti köhnə “iPhone” modellərinin işinin yavaşladılması ilə əlaqədar “Apple” korporasiyası haqqında təhqiqata başlayıb.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, təhqiqatla Ədliyyə Nazirliyi (Baş Prokurorluq) və Qiymətli kağızlar, birjalar üzrə federal Komissiya məşğul olur.

 

Təhqiqat hələlik ilkin mərhələdədir və şirkətə rəsmi ittiham irəli sürülüb-sürülməyəcəyi məlum deyil. Müstəntiqlər şirkətin problemlə bağlı verdiyi izahatları öyrənirlər. “Apple”a sorğular da göndərilib.

 

“Bloomberg” qeyd edir ki, 2018-ci ilin ilk rübündə tələbatın az olması ilə əlaqədar yeni “iPhone” istehsalının ixtisarı və köhnə modellərin işinin ləngidilməsi barədə qalmaqala görə şirkət səhmlərinin dəyəri aşağı düşməyə başlayıb. Belə ki, korporasiyanın bazar dəyəri ilin əvvəlindən bəri minimum həddə enib.
 

Xatırladaq ki, Fransa prokurorluğu da məlum hadisə ilə bağlı “Apple” barədə təhqiqat aparır.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018