Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” istehsalı 2 dəfə azaldılır - SATIŞLAR DÜŞDÜ

ABŞ-ın “Apple” korporasiyası yeni “iPhone X” smartfonunun istehsal planını azaltmaq niyyətindədir. 

İKT.lent.az-ın “The Nikkei Asian Review” nəşrinə istinadən məlumatına görə, istehsalın 2 dəfə azaldılması planlaşdırılır. 

Bu onunla bağlıdır ki, “Apple” son iki ay ərzində Avropa, ABŞ və Çində “iPhone” satışlarının aşağı olduğunu qeydə alıb. Bundan sonra smartfonların istehsalı planlaşdırılan 40 milyon ədəddən 20 milyon ədədə qədər azaldılacaq. 

Bununla belə, daha ucuz olan “iPhone 8” və “iPhone 8 Plus” modellərinin istehsalı plan üzrə davam etdiriləcək. 2018-ci ilin yanvar-mart ayları üzrə 30 milyon ədədə yaxın smartfon istehsal ediləcək. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018