Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Məşhur jurnalistlər canlı yayımda əlbəyaxa oldular -

Yanvarın 30-da Rusiyanın “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində tanınmış jurnalistlər Nikolay Svanidze və Maksim Şevçenko arasında əlbəyaxa dava olub.

 

İKT.lent.az-ın məlumatına görə, gərginlik onların İosif Stalinin tarixi rolu ilə bağlı diskussiyasından başlayıb.

 

N. Svanidze Stalinin dövründə milyonlarla insanın güllələndiyini, repressiyaya məruz qaldığını və aclıq nəticəsində öldüyünü deyib. M. Şevçenko bu rəqəmlərin doğru olmadığını söyləyərək opponentini konkret mənbə göstərməyə çağırıb.

 

İkinci Dünya müharibəsi mövzusunun müzakirəsi zamanı N. Svanidze müharibənin əvvəlində 3,8 milyon sovet əsgərinin əsir düşdüyünü söyləyib, M. Şevçenko isə onu faşistlərlə əməkdaşlığa getmiş vlasovçuları dəstəkləməkdə ittiham edərək bununla da onun döyüşlərdə həlak olan sovet əsgərlərinin məzarlarına tüpürdüyünü vurğulayıb. Cavabında Svanidze həmkarını əclaf adlandıraraq buna görə onun sifətini dağıtmaq (“dat po morde”) lazım olduğunu bildirdikdə Şevçenko "onda gəl vur" deyib. Nəticədə Svanidze yerindən qalxaraq Şevçenkoya sillə vurub, Şevçenko isə öz növbəsində onu yumruqlayaraq yerə sərib. Canlı yayım dayandırılıb.

 

N. Svanidze baş verən hadisə ilə bağlı “Qovorit Moskva”ya açıqlamasında radio dinləyicilərindən üzr istəyib. O bildirib ki, olay emosiyalarını saxlaya bilmədiyi üçün baş verib və bir daha həmkarına əl qaldırmayacaq. 

 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018