Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yeni smartfon almaq üçün ən pis vaxt hansıdır?

Amerikalı mütəxəssislər yeni smartfon almaq üçün ən pis vaxtı açıqlayıblar. 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, bu, nəinki smartfon alarkən marketinq fırıldaqlarına aldanmayaraq qənaət etməyə, həmçinin yazılan şərhlər sayəsində daha keyfiyyətli modeli seçməyə kömək edəcək.

Analitiklərin fikrincə, ilin əvvəli yeni smartfon əldə etmək üçün ən pis vaxt hesab edilir. Mütəxəssislər təkidlə bildirirlər ki, məhz bu vaxt smartfon almaq istəyinə boyun əymək olmaz. Xüsusilə də bu smartfonu öncədən sifarişlə əldə etməyə ehtiyac yoxdur. İlk növbədə bazarı nəzərdən keçirmək vacibdir. Ancaq əksər smartfonların bir çox yeni modelləri məhz ilin ortasında satışa çıxarılır. 

Digər istifadəçilərin konkret smartfonlar barədə şərhlərini də nəzərdən keçirmək olduqca vacibdir. Bu, onların bütün üstünlüklərini, ən əsası da cihazların çatışmayan cəhətləri barədə öyrənməyə kömək edəcək. Bu səbəbdən analitiklər məsləhət görürlər ki, ilin əvvəlində smartfon almaq fikirlərini sonraya saxlasınlar. 

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018