Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” ötən il nə qədər qazandığını açıqladı

“Facebook” şirkəti 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət ötən il 15,9 milyard dollar xalis mənfəət əldə edib. Beləliklə, bu sahədə 2016-cı illə müqayisədə 56% artıq əldə olunub. Ümumi gəlirlər də artıb və 27,6 milyard dollardan 40,6 milyard dollara yüksəlib.

 

2017-ci ilin dekabrında hər gün sosial şəbəkəyə daxil ola aktiv istifadəçilərin sayı 1,4 milyard nəfər olub. Ayda azı bir dəfə sosial şəbəkədən istifadə edənlərin sayı isə 2,13 milyard nəfər təşkil edib. Hər iki göstəricidə 14% artım əldə olunub.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018