Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən dəyərli brendləri - SİYAHI

Dünyanın ən dəyərli brendlərinin növbəti siyahısı açıqlanıb.

 

İKT.lent.az-ın xəbərinə görə, “Brand Finance” şirkətinin reytinqinə əsasən "Amazon” online riteyleri dünyanın ən bahalı ticarət markası olub. Ekspertlər bu brendin dəyərini 150,8 milyard dollar məbləğində qiymətləndirirlər. Bu, siyahıdakı 500 brendin 5,904 trilyon dollarlıq ümumi dəyərinin 2,5 faizidir. Ötənilki reytinq cədvəli ilə müqayisədə 42% dəyər qazanan “Amazon” brendi üçüncülükdən birinciliyə yüksəlib.

 

Ötən il siyahıya liderlik edən “Google” isə “Amazon” və “Apple”ın gerisinə düşərək 3-cü yerə enib. İl ərzində “Google” brendinin dəyəri 10% artaraq 109,47 milyard dollardan 120,91 milyarda yüksəlib, lakin “Apple” 37%-lik artımla 107,141 milyarddan 146,311 milyarda yüksələrək 2-ci pillədə qərarlaşıb.


Ən bahalı brendlərin ilk onluğunda sonrakı yerləri aşağıdakı markalar tutur:

 

4. “Samsung” (92,289 milyard $)

5. “Facebook” (89,684 milyard $)

6. AT&T (82,422 milyard $)

7. “Microsoft” (81,163 milyard $)

8. “Verizon” (62,826 milyard $)

9. “Walmart” (61,48 milyard $) 

10. ICBC (59,189 milyard $).

 

“Facebook” brendi 45% bahalaşaraq 9-cu sıradan 5-ci sıraya çıxıb.

 

İlk onluqdakı şirkətlərdən 8-i ABŞ-a məxsusdur.

 

İl ərzində dəyərini ən çox itirən brendlər “Toshiba”, “ExxonMobil”, “Heinz”, “L’Oréal”, “Hilton” və “Hyundai Group” olub.

 

2018-ci il reytinqində ilk dəfə olaraq ilk beşliyi İT sektorunun şirkətləri tutub. Siyahıdakı bütün İT brendlərinin ümumi dəyəri 1,35 trilyon dollar həcmində qiymətləndirilir. Bu, siyahıdakı bütün 500 brendin ümumi dəyərinin 23 faizidir.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018