Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İstifadəçilər “Facebook”da daha az vaxt keçirməyə başlayıb

“Facebook” rəhbərliyinin sosial şəbəkədə daha az video göstərmək qərarı istifadəçilərin orada gündə 50 milyon saat daha az vaxt keçirməsinə səbəb olub.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu “Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberq deyib. “Bu, bizim nə qədər ciddi olduğumuzu göstərir”, - deyə o, söyləyib.

 

M. Zukerberq bildirib ki, “Facebook” mümkün itkiləri gözə alaraq çalışır ki, istifadəçilər sosial şəbəkədə daha düşünülmüş şəkildə vaxt keçirsinlər: “İnsanlara əlaqə qurmaqda kömək etmək sosial şəbəkədə qalmaq vaxtından daha vacibdir”.

 

Xatırladaq ki, “Facebook” xəbər lentində media xəbərlərini azaldaraq dostlar və qohumların paylaşımlarını daha çox göstərmək qərarına gəlib.

LENT

23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018
18 May 2018