Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple”dan tarixi rekord - 88 MİLYARD $ RÜBLÜK GƏLİR!

ABŞ-ın “Apple” korporasiyası son rüb ərzində (2018-ci maliyyə ilinin ilk rübü) öz tarixinin ən böyük gəlirini əldə etdiyini açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, 30 dekabr 2017-ci ildə başa çatan 3 aylıq dövrdə şirkətin gəlirləri 2016-cı ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 88,3 milyard dollar təşkil edib. Bu dövrdə “Apple” 77,3 milyon ədəd “iPhone” satıb, lakin bu, 2017-ci ilin ilk rübü ilə müqayisədə 1 milyon ədəd azdır. Gəlirlərin 65%-i beynəlxalq miqyasda satışlardan əldə olunub.

 

Şirkətin CEO-su Tim Kuk bildirib ki, “iPhone X” gözləntiləri aşaraq tədarükünə başlandığı ötən ilin noyabr ayından bəri ən çox satılan “iPhone” olub. 2017-ci ilin ilk rübündə şirkət 78,3 milyon ədəd smartfon sataraq 78,4 milyard dollar gəlir əldə edib, bunun 23,4 milyardı xalis mənfəət olub. “iPad” satışları 1 il əvvəlki dövrlə müqayisədə 1% artaraq 13,17 milyon ədəd təşkil edib. Ən çox atış ABŞ-da həyata keçirilib. Şirkət vətəndə 10%-lik artımla 35,193 milyard dollar qazanıb.


Qeyd edək ki, “Apple” “iPhone X” istehsalını 2 dəfə azaltmaq qərarına gəlib. Səbəb Yeni il bayramı dövründə əsas bazarlarda (ABŞ, Çin, Avropa) satışların aşağı düşməsidir. “Apple” planlaşdırdığı 40 milyon əvəzinə, 20 milyon ədəd “iPhone” istehsal edəcək.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018