Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bitcoin”in qiyməti 9 min dollardan aşağı düşdü -

“Bitcoin”in qiyməti 9 min dollardan aşağı düşüb.

 

“APA”Economics” Rusiya KİV-nə istinadən bildirir ki, cümə günü dünyanın ən məşhur kriptovalyutası bitkoin (bitcoin) 4-14% ucuzlaşıb.

 

Qeyd edək ki, "Facebook"da reklamına qadağa qoyulandan və Hindistanda rəqəmsal valyuta imkanlarının məhdudlaşdırılmasından sonra kriptovalyutalar ucuzlaşmağa başlayıb.

 

“CoinMarketCap” portalının məlumatına görə, bitkoinin dəyəri 14,5% ucuzlaşaraq 8690 dollar olub. “Bitfinex”də bitkoin 13,82% ucuzlaşaraq 8790 dollara, “OKEx”də isə 12,8% ucuzlaşaraq 8800 dollar olub.

 

Qeyd edək ki, digər kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. beləki, "Ethereum" 16,6% ucuzlaşaraq 956,8 dollara, "Ripple" 25,42% ucuzlaşaraq 0,85 dollara, "Bitcoin Cash"20% ucuzlaşaraq 1180 dollara düşüb.

 

"CoinMarketCap"ın məlumatına görə, kriptovalyuta bazarının kapitallaşması 420,72 mlrd. dollar təşkil edir. Bundan əvvəl bu göstərici 511 mlrd. dollar olub.

 

Hazırda bitkoinin bazar payı 35%, "Ethereum"un 22%, "Ripple"nin isə 8% təşkil edir. 

 

 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018